Gəncədə keçmiş məhkumlar - 34 yaşlı Emin Əsgərov və həmyaşıdı Vicat İsmayılov tutulublar.
Oxu.Az-ın məlumatına görə, onlar Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birində yerləşən ödəmə terminalından 8 273 manat pulu oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
⚡️ Gəncədə iki nəfər ödəmə terminallarından pul oğurlayıblar#Gəncə pic.twitter.com/pwvBHn57kB
— Oxu.Az (@oxuaz) June 17, 2025