Gəncədə kafelərdən birində düşən dava qanla bitib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Məhəmmədəli Hüseynov bıçaqlanıb.
Onu kimin bıçaqladığı bəlli deyil.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralı əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.