Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib.
R.Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.
Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb.
Qeyd edək ki, Rza Rzayev "Dolu" filmində rol aldığı "Drakon" obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ