Göygöldə kişi küçədə qəfil ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Aşıq Alı küçəsi, ev 15 A ünvanının qarşısında baş verib.
Həmin ünvanda yaşayan Tariyel Kamal oğlu Kazımov evinin qarşısındakı küçədə olarkən qəfil halı pisləşib və yıxılıb. O, yıxılarkən başı daşa dəyib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli