Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.
Oxu.Az xəbə veri ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, o, "Instagram" vasitəsilə tanış olduğu şəxslərə investisiya kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
Rəylər