Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kafedə əxlaqsızlıq yuvası aşkarlandı: Obyektin hamamında yataq dəsti yerləşdirilibmiş
Şəmkirdə kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Şəmkir şəhəri, Krazyolu yaşayış massivində yerləşən "Cəfərqulunun kafesi" adlanan ictimai iaşə obyektində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kafenin əxlaqsızlıq yuvası kimi fəaliyət göstərdiyi məlum olub.
Müəyyən edilib ki, həmin kafenin sahibkarı icarəyə götürdüyü ictimai-iaşə obyektinin hamamında yataq dəsti yerləşdirərək oranı saatı 10 manata kirayə verirmiş.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə icarədar Ayşən Məmmədova hər ay qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilib.
Aqil Vəlili
"Əxlaqsızlığın təbliği" teqi üzrə xəbərlər
- Bakıda gənc oğlandan xanımlara qarşı əxlaqsız HƏRƏKƏTLƏR
- Kişi arvadına ağır işgəncə verdi: "Əxlaqsız olmağım barədə ərizə yazdırdı, gecə evdən qovdu"
- Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb
- İnsan alveri ilə bağlı 161 cinayət faktı aşkarlanıb
- Bakıda iş adamına qarşı SUİ-QƏSD CƏHDİ - Qadına görə havaya atəş açıldı