Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kirayə yer götürərək qumar oyunları təşkil edən şəxsə hökm oxundu
Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil edən şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 22 iyun 1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul veriblər.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
"Qanunsuz qumar oyunlarının təşkil edilməsi" teqi üzrə xəbərlər
- Həbs edilən "qumar kralı"nın cinayət işi ilə bağlı DETALLAR
- DİN-dən XÜSUSİ ƏMƏLİYYAT: Dəstə başçıları ƏLƏ KEÇİRİLDİLƏR - Saxlanılanlar var
- "Qumar kralı" Şəkili Yusifin əmlakları ilə bağlı İLGİNC İDDİA
- Şamaxıda qumarxana aşkarlandı - Saxlanılanlar var
- Keçən il vətəndaşların bank kartlarından 22 milyon manatdan artıq vəsait oğurlanıb