Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Novruzovun CM-nin 126.2.4 (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il oktyabrın 4-də Xətai rayonu ərazisindən Kliniki Tibbi mərkəzə bıçaq yarası ilə Rövşən Edilxanov daxil olub, üzərində aparılan cərrahi əməliyyat nəticəsində onun həyatı xilas edilib. Araşdırmaya başlayan Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, cinayəti zərərçəkmişlə birgə R.Bağırov küçəsindəki mənzildə kirayədə yaşayan Rəşad Novruzov törədib. Şübhəli şəxs saxlanılıb və istintaqa təqdim edilib.
Dindirmə zamanı əvvəllər məhkum olunan Novruzov bildirib ki, hadisə şəxsi münasibətlərin aydınlaşdırılması zəminində baş verib, Edilxanov onu təhqir etiyinə görə Rəşad masa üzərindən mətbəx bıçağını götürüb və ona zərbələr vurub.
Məhkəmə prosesində R.Novruzov elan olunan ittiham üzrə özünü təqsirli hesab etməklə, əməlindən peşman olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az