Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Şürük kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Elxan Kazımov boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilib.
E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.