Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qaradağda DƏHŞƏTLİ QƏTL: "Hadisə namus-qeyrət məsələsinə görə baş verib"
Qaradağ rayonunun Ələt qəsəbəsində 32 yaşlı Rüfət Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Ələkbər Səmədlinin atası Baku TV-yə danışıb.
Valeh Səmədovun sözlərinə görə, onların arasında əvvəllər heç bir münaqişə olmayıb.
"Avtomobilə əyləşdirib başqa yerə aparıb. Deyilənə görə, hadisə namus-qeyrət məsələsi üstündə baş verib. Sakit oğlan idi. Özünü də məhv etdi, Rüfət də həyatından oldu", - deyə o bildirib.
Azərbaycanda namus söhbətinə görə qətl törədilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli oktyabrın 27-də saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayıb.
Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törədən şəxs 44 günlük müharibə iştirakçısıdır. Qətlin namus söhbətinə görə törədildiyi deyilir. Belə ki, öldürülən şəxs bibisinin gəlininə sataşıb. Əliəkbər də qəsəbədə onu maşına mindirib aparıb qəbiristanlıq yaxınlığında bıçaqlayıb. O, daha sonra oğlanı xəstəxanaya çatdırsa da, Rüfət Rüstəmov yoldaca keçinib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
Rəylər