AXCP-nin üzvü Məmməd İbrahimin hansı maddə ilə ittiham edildiyi bəlli oldu.
Oxu.Az-ın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Məmməd İbrahimin adı "Ramiz Mehdiyev işi"ndə hallanır. Bu iş üzrə AXCP sədri Əli Kərimli də eyni maddə ilə ittiham olunub.