Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Ülviyyə Əli "Meydan TV" işi ilə əlaqədar saxlanılıb.
Qeyd edək ki, "Meydan TV işi" üzrə Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülvi Tahirov həbs ediliblər.
Onlar qaçaqmalçılıqda ittiham olunurlar.