“Restrukt” milliyyətçi hərəkatının iştirakçısı olan üç tələbə Azərbaycan vətəndaşının qətlində şübhəli şəxs kimi saxlanılıb.
“İstintaq versiyasına görə, 2014-cü il 2 iyun tarixində “Restrukt” hərəkatının üzvləri Moskvada Snejnaya küçəsində Zaur Alışova bədən xəsarəti yetiriblər və o, aldığı zədələrdən xəstəxanada dünyasını dəyişib”, - baş istintaq idarəsinin məlumatında deyilib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu cinayətdə şübhəli bilinən üç nəfər saxlanılıb. Saxlanılan şəxslər paytaxtın ali məktəblərinin birinin tələbələridir, onlara “zərərçəkənin ölümü ilə nəticələnən, bilərəkdən sağlamlığa xəsarət yetirmə” maddəsi üzrə cinayət işi açılıb. Müttəhimləri 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir. Onlar həbs ediliblər.
“Restrukt”un liderlərindən biri Maksim Masinkeviçdir, o “Tesak” ləqəbi ilə məşhurdur, o millətlərarası münaqişəni yaratmaqda ittiham edilir. Hərəkat milli-sosial baxışları təbliğ edir. Təşkilat çərçivəsində 10 layihə mövcuddur, o cümlədən “Okkupay-pedofilay” layihəsinin məqsədi pedofillərlə mübarizəyə və yeniyetmələr arasında milli-sosializm ideyalarının təbliğ edilməsidir.