Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
Bildirilib ki, idarənin əməkdaşları tərəfindən "Honda" markalı, 99-D-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Mustafayev paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaratdığı üçün saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Mustafayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Mustafayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, bir ay inzibati qaydada həbs edilib.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
- Bakıda "Porsche" ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu
- Şirvanda xuliqanlıq edən qazi saxlanılıb
- Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub
- Toy karvanında qaydalar kobud şəkildə pozuldu: 7 sürücü məsuliyyətə cəlb edildi
- Balakəndən təhlükəli görüntülər: Polisə tabe olmayan avtoş qaçdı