Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qəbələdə narkotikə görə saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əbdülməlik Əliyev də saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya edilərək yetişdirilən çətənə kolları və bir kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı
- Bakıda narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü həbs olundu
- Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub