“Bir əsr əsirlikdə” ifadəsi bandit qrupu üçün sadəcə sitat deyil, reallıq oldu.
Doğrudur, hər birinə 100 il vermədilər, bu müddət qruplaşmanın doqquz nəfər üzvünə ümumilikdə verilib, Oxu.Az KP-yə istinadən xəbər verir.
Qapçıyev Süleyman, Qapçıyev Mamed, Andamov Azil, Əsədov Azər, Carçiyev Sərdar, Rüstəmov Misir, Əsgərov Ələsgər, Xobolov Elxan və Əhmədov Emil bir sıra maddələr üzrə ittiham ediliblər.
2010-cu ilin mayından 2011-ci ilin oktyabrına qədər onlar öz həmvətənlərindən pul tələb edib, sahibkarları girov götürüblər.
“Məhkəmə qrupun üzvlərini 2 nəfərin oğurlanmasında, 5 şantaj, 5 nəfərin həyatına sui-qəsd, insanların sağlığına ağır ziyan vurmaqda, eləcə də silah və sursatın qanunsuz saxlanma və daşınmasına görə ittiham edib”, - Rusiyanın Novosibirsk rayonunun prokurorluğundan bildiriblər.
Banda üzvlərinə törətdikləri əməllərin ağırlığından və sayından asılı olaraq 15 ildən 7 ilə qədər ciddi rejimli islah koloniyasında cəza müəyyən ediblər. Eləcə də hər birinə böyük məbləğdə cərimə tətbiq edilib, cərimənin ümumi məbləği 4 750 000 rubldan ibarətdir (63 min 175 manat).