Dünən günorta saatlarında Volqoqradın Traktorzavod rayon məhkəməsindən deportasiya edilməli olan 49 yaşlı Azərbaycan vətəndaşı qaçıb.
O, məhkəmə pristavlarının (məhkəmə icraçıları – red.) səhlənkarlığından istifadə edib, Oxu.Az unovosti.tv-yə istinadən xəbər verir.
Belə ki, Həsənov soyadlı şəxs, son 15 ili xüsusi qəddarlıqla törətdiyi qətl, silah saxlama və tətbiq etmə əməlinə görə Volqoqradın 9 saylı həbsxanasında keçirib.
Cəzası bitdikdən sonra onu məhkəməyə gətiriblər, burada onun Azərbaycana deportasiya edilməsi üçün sənədlərin qeydiyyatı həyata keçirilməli idi.
Kamera yoldaşlarının sözlərinə görə, “qaçaq” bütün müddət ərzində Volqoqradda yaşan bir nəfərdən intiqam planı hazırlayırdı.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirləri həyata keçirirlər. Volqoqradlıları ehtiyatlı olmağa və şübhəli şəxslər haqqında “02” telefonuna məlumat verməyə çağırıblar.