Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.
Belə ki, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib.
Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ülviyyə R. Əli
www.oxu.az