Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkarlanıb
Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.
“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Telman Məhər oğlu Allahverdiyevin meyiti hamam otağında aşkarlanıb.
Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
T. Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar