Sabirabad rayonunda qardaş bacısını qətlə yetirib.
Oxu.Az-ın APA-ya istinadla verdiyi xəbərinə görə, qətl hadisəsi rayonun Balakənd kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni bıçaqlayaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.