Şabran rayonunda intihar faktı qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran rayonu, Pirəmsən kənd sakini, 1961-ci il təvəllüdlü Davudov Müsənnif Ağa oğlu yaşadığı evin həyətində özünə bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
N.O.