Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub
Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda "saxla" işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.
Daha sonra "izi" itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar.
Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.
Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
- Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb
- Daxili İşlər Nazirliyi UFC-nin Bakıdakı turniri ilə bağlı MƏLUMAT YAYDI
- Bakıda DƏHŞƏTLİ qəzanın ANBAAN VİDEOSU: Özünü avtomobilin önünə atdı
- Qaydalara əməl etməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ