Samuxda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü kənd sakini Balakişiyev Raqif bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət