Samux rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Report” xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü E.Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs, 1973-cü il təvəllüdlü Habil Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.
23:12
Samux rayonunda yerli sakin qətlə yetirilib.
“Report” xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Sadıqov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırmalara başlanılıb.