Samux rayonunun Çobanabdallı kəndində qayınata kürəkənini döyüb.
Oxu.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 31 yaşlı Gəncə şəhər sakini Eldəniz Məhərrəmov döyülmə nəticəsində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Aparılan tibbi müayinələrdən sonra həkimlər xəstənin vəziyyətini normal qiymətləndirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
E.Ə.
www.oxu.az