Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsi yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “NİVA” ilə VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra avtomobillərdən biri yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb. Nəticədə məntəqəyə ziyan dəyib. Qəza zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.