Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı "QAZel" markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona "saxla" işarəsi verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Polis soyuducuda dörd kiloqram narkotik vasitə gizlədən şəxsləri saxladı
- Ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- Məhkəmə tiktokerlərlə bağlı qərarını ELAN ETDİ
- Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI