Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəkidə oğul atasının evindən 2000 manat oğurladı
Şəkidə atasının mənzilindən və avtomobilindən oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də Ağaəli Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan “VAZ-2101” markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar