Ötən gün Şəmkir rayonunda baş verən qətl hadisəsində valideynlərinin arasına girdiyi üçün xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 6-sı, saat 17:30-da xəsarət alması səbəbi ilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"Ona sağ əlin dördüncü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin dördüncü və beşinci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ötən gün Şəmkir rayonunda baş verən qətl hadisəsində valideynlərinin arasına girən övlad da bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyevdir. O, xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə ötən gün rayonun Şiştəpə kəndi ərazisində baş verib. 1984-cü il təvəllüdlü Röyalə Hacıyeva qətlə yetirilib. Onun qətlində həyat yoldaşı, 1971-ci il təvəllüdlü Arif Hacıyev şübhəli bilinir.
Əli Məmmədov