Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə 4 ünvanında, Sevil Qaziyeva parkı yaxınlığında qeydə alınıb. 1975-ci il təvəllüdlü Xankişiyev Nurkişi Babakişi oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır. Kamil Əmirli, Elşad Mətləboğlu
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin