Salyanda keçmiş məhbus din xadiminin evindən oğurluq edib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Salyan rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Hacıhüsnü Həsənovun evindən 100.000 manat dəyərində qızıl əşyalar və 1 ədəd “Churcill” markalı tüfəng (müvafiq sənədləri olan) oğurlamış Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Şakir Ağamalıyev tutulub.
Qeyd edək ki, Hacıhüsnü Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısıdır.