Şirvanda evə basqın edən maskalı şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər-Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1992-ci il təvəllüdlü Babayev Kamran Xanqulu oğlu şübhəli şəxs qismində tutulub.
Onun bu il iyulun 22-də Şirvan şəhəri Təbriz küçəsi, 20 ünvanına basqın edərək azyaşlıya xəsarət yetirdiyi, 10 min manat və min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az