Şirvan şəhərində oğurluq hadisəsi baş verib
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, şəhərin Fariz Eynullayev küçəsində yerləşən mobil telefon mağazasından maskalı şəxslər oğurluq ediblər.
Hadisə gecə saat 04:00 radələrində baş verib. Aqşin Babayevə məxsus mağazanın qapısını metal alətlə açaraq içəri daxil olan dörd nəfər şəxs ümumi dəyəri üç min manat olan on iki ədəd telefon götürüblər.
Faktla bağlı Şirvan polisi araşdırma aparır.
S.B.
www.oxu.az