Surqutda “Rus” kafesi yaxınlığında Azərbaycan vətəndaşının başından güllə ilə vurublar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Andreyevski girişində bir qrup şəxs arasında dava düşüb. Münaqişə nəticəsində cinayətkarlardan biri Azərbaycan vətəndaşının başından güllə ilə vurub.
Aldığı yaradan o, hadisə yerində keçinib. Hazırda şübhəlilərin axtarışı aparılır. Silahı cinayətkar özü ilə aparıb.
N.O.
www.oxu.az