Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb
"Olimpus Şirkətlər Qrupu"nun rəhbəri Əbülfəz Babayevə qarşı 2 milyon manatdan çox dələduzluq etməkdə ittiham olunan şəxslərdən biri ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ramal Əzimovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilib.
Bu səbəbdən təqsirləndirilən şəxs barəsindəki cinayət işi digərlərindən ayrılıb.
İttihama əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.
Ə.Abbasov ARB telekanalının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağı söz verib və ondan 100 min manat beh alıb.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olimpus Şirkətlər Qrupu"nun təsisçisidir. Bakı-Şamaxı yolunda "LukOil" yanacaqdoldurma məntəqəsinin sahibidir. Eyni zamanda, onun bir çox tikinti layihələrində təsisçi kimi payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 550 min manat pulunu ələ keçirib dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
- Bakıda həbs olunan ukraynalı milyonçuya qarşı əlavə ittiham irəli sürüldü
- "WhatsApp"da yeni dələduzluq növü sürətlə yayılır: Necə qorunaq?
- İşə düzəltmək adı altında dələduzluq - 75 nəfər zərərçəkən var
- "ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
Rəylər