Təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onların kartlarını talayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.
Təqaüdçülərə kömək etmək adı ilə onların bank kartlarını taladı - ANBAAN GÖRÜNTÜLƏR
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb.
E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aqil Vəlili