Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Nabil Saleh oğlu Aslanov bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tərtərdə 27 yaşlı gəncin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az "Trend"ə istinadən bildirir ki, qətli törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Səfixan Fikrət oğlu Nağıyevdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən bildirir ki, 1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Nabil Saleh oğlu Aslanov kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.