Ötən gecə Abşeron rayonun Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 26-cı məhəllədə yerləşən 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı pəncərədən yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin səbəbi dəqiqləşdirilir.
Qeyd edək ki, 24 yaşlı N.İsmayılzadə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olub. O, keçən ayın 21-də nişanlanıbmış.
N.İsmayılzadənin fotosunu təqdim edirik.

09:31
Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silərkən 4-cü mərtəbədən yerə yıxılıb.
Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
A.M.