Mənzil almaq istəyərkən pulları havaya sovrulan Bakı sakini şirkətin rəhbəri və nümayəndəsinin başına gətirdiklərindən şikayətçidir.
Şikayətçi Əhmədxan Fərəcov Oxu.Az-a bildirib ki, “Araz -Tİ” və “ƏCƏMİ” MMC-nin tikdikləri Yasamal rayonu, H.Cavid küçəsi, ev 46, 558-ci məhəllədə tikilməkdə olan yaşayış binasından 19.10.2005-ci ildə Bakı şəhəri, ümumi sahəsi 154,5 m2 olan 3 otaqlı mənzil almaq üçün 71.000 ABŞ dolları ödədim.
Bu pulu ödəyəndə “Araz -Tİ” MMC şirkəti həmən ünvanda yalandan qazıntı aparırdı və deyirdilər ki, katlavan tökəçəyik. Sonradan aylar keçməsinə baxmayaraq heç bir iş getmədi və dəfələrlə ora getdim,ofislərində görüşdüm, telefonla danışırdım, amma həmin eyni sözlərlə aldadıb yola salırdılar. Mən dəfələrlə hüquq-mühafizə orqanlarına bunlar haqda şikayət edirdim və heç bir nəticə olmurdu, bildirirdilər ki, şirkət tikinti aparacağına söz verib, ya ev və ya pulunuzu verəcəklər. Şirkət direktorlarını əvəz edərək bizi get-gələ salır və hər dəfə bir bəhanələr gətirirdilər. Bu onların qurma işi idi, yanlarına çox gedib-gələndə deyirdilər ki, get pulu o verəcək, o birisi deyirdi o verəcək.
Sonradan həmin ünvanda yaşayış binası tikməyə başladılar. Dəfələrlə müraciət etdim, yanlarında oldum, dedilər tikilib-qurtarıb satılan evlərdən pulunu verəcəyik. Yenə də həmişəki yalanlarla vaxtı uzadıb binanı tikib qurtardılar və heç bir qəpik ödəmədilər. Mən 5-6 il bunlarla mübarizə aparmağıma baxmayaraq heç bir nəticə əldə edə bilmədim və məcbur qalıb aidiyyatı üzrə Yasamal r/n Məhkəməsinə müraciət etdim və uzun araşdırmalar və məhkəmə iclaslarından sonra Yasamal r/n Məhkəməsi mənim xeyrimə 13.03.2012-ci il tarixli, 2(004)-1634/2012 saylı qətnamə çıxartdı.
Bu qətnamənin çıxarılmasına baxmayaraq “Azar-Tİ” MMC-nin direktoru vəzifəsini tutan Qazaxlı Ramiz Saday oğlu qərəzli olaraq qətnaməni icra etmirdi, qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə 28.02.2013-cü il tarixində həmən məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 313.1.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 AZN miqdarında cərimə edilib. Lakin Qazaxlı Ramiz Saday oğlu məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını qərəzli olaraq icra etmirdi və bildirdi ki, bu işin mənə aidiyyatı yoxdur. Dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq Qazaxlı Ramiz yenidən öz hərəkətlərini davam etdirərək qətnamələri icra etmədi və ona aidiyyatı olmadığını bildirdi.
Buna görə də İcra Məmurunun təqdimatı əsasında Ədliyyə Nazirliyinin İstintaq İdarəsində 25.06.2013-cü il tarixində barəsində cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının CM-nin 306.2 maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu araşdırmalar zamanıı da Qazaxlı Ramiz və mən dəfələrlə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə dəvət olnumuşuq, dindirilmişik və izahatlarımız alınıb. Lakin yenə də Qazaxlı Ramiz işi icra etməyib. Ədliyyə Nazirliyinin istintaq vaxtı Qazaxlı Ramiz istintaqa təqdim etdiyi 22 dekabr 2013-cü il tarixli aralarında bağlanmış öhdəlik müqaviləsinə əsasən (Müqavilə “Arza-Tİ” və “ƏCƏMİ” MMC arasında bağlanmışdır) “ƏCƏMİ” MMC Firması – “Araz-Tİ” firmasına məxsus olan ünvanda yaşayış binası tikəcəyini və həmən firmanın vətəndaşları olan bütün borcların ödəyəcəyini üzərinə götürüb. Öz üzərinə götürdüyü öhdəlik müqaviləsinə əsasən “ƏCƏMİ” MMC – “Arza-Tİ” firmasının mənə borcu olduğu 80.000 ABŞ dolları məbləğində pulu ödəyəcəyini deyib.
Mən sonradan “ƏCƏMİ” MMC firmasının tikinti ofisində dəfələrlə oldum və əmin edirdilər ki, tikinti başlayaq həmən ünvanda sizin pulunuzu ödəyəcəyik. Lakin həmən ünvanda tikinti başlanılıb-qurtardı və mənzillərdən bəziləri belə satılıb. Yenə də həmən ssenari ilə pulu vermədilər. Sonradan araşdırıb gördüm ki, bu yenə də onların öz qurma işləridir, beləliklə vaxtı udub öz işlərini görür və heç kəsə pul ödəmirlər. Beləliklə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində 25.06.2013-cü il tarixdə başlanılmış istintaq 07 may 2016-cı il tarixdə başa çatdırıldı və ittiham aktı Azərbaycan Respublikasının CPM-nin 290-cı maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildi və oradan isə Yasamal r/n Məhkəməsinə göndərildi. 03 iyun 2016-cı il tarixdə Yasamal r/n Məhkəməsində Qazaxlı Ramiz Saday oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq məhkəməsi ilə iş başlanıldı. Başlanılan Məhkəmə İclaslarının hər birində Məhkəmənin hakimi tərəfindən iş dəqiqliyi ilə araşdırılır, şahidlər, mən və Qazaxlı Ramiz dindirildi – necə ki, - Ədliyyə Nazirliyinin istintaq İdarəsində olduğu kimi.
Mən bir vətəndaş olaraq həm Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqinin apardığı işdən, və həm də Yasamal r/n Məhkəməsinin hakiminin apardığı düz-qərəzsiz işlərindən çox razıyam və onların hər ikisinə çox minnətdaram. Yasamal r/n Məhkəməsində 03 iyun 2016-cı il tarixli məhkəmə işi başlanılan zamandan təqsirləndirilən şəxs Qazaxlı Ramiz Saday oğlunun yaxın dostu kimi təqdim etdiyi və “Araz Tİ” MMC-nin nümayəndəsi kimi təqdim etdikləri Məmmədov Mübariz Müzəffər oğlunda iştirak edirdi. Biz tanış olduqdan sonra məhkəmə prosesləri zamanı Mübariz Məmmədov mənə bildridi ki, şirkət hansı formada olursa-olsun sizin pulunuzu ödəyəcək, siz də Ramizi tutdurmayın, onun uşaqları, nəvələri var. Onsuz da mən də həqiqətən kiminsə tutulmasının tərəfdarı deyildim. Beləliklə davam edən məhkəmə prosesləri vaxtı bunları hər dəfə vaxt alıb uzadırdılar ki, pulu ödəyəcəklər.
Məhkəmənin sonuncu iclaslarının birində Məhkəmədə Bakı Şəhər prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin prokuroru çıxışı zamanı məhkəmədən təqsirləndirilən şəxs Qazaxlı Ramiz Saday oğluna 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə iş istədi. Bu çıxışdan sonra Qazaxlı Ramiz və vəkil Mübariz Məmmədov məni “ƏCƏMİ” MMC-nin ofisinə dəvət etdilər. Orada şirkətin rəhbəri Sakit Məmmədovla uzun söhbətdən və mübahisədən sonra mənə bildirdi ki, sənə borclu olduğumuz 80.000 ABŞ dollarını sizə köhnə kursla (yəni 0,7840) kursu ilə verəcəm. Mən də məcbur qalıb razılaşdım. Çünki 10 il idi məhkəmələrdə idim. Mən onları nə qədər başa salmaq istədim ki, Qətnamədə göstərilib ki, kurs həmən günü kursu ilə hesablaşmalıdır, lakin razı olmadı və mənə 60.000 AZN ödəyəcəyini dedi.
Belə razılaşdılar ki, “ƏCƏMİ” MMC H.Cavid prospektindəki hazır yaşayış binasından vəkili Mübariz Məmmədova mənzil verəcək, o da bunun müqabilində mənə 60.000 AZN ödəyəcək. Mənə Mübariz Məmmədov dedi ki, sabah məhkəmənin sonuncu günüdür gəl gedək notariusa mən sənə notarial qaydada 60.000 AZN-lik borc müqaviləsi verim, sən də onun əvəzinə məhkəmədən ərizəni geri götür, narahat olma, çünki əlində notarial qaydada təsdiqlənmiş borc müqaviləsi var. Mən də bunlara inanıb notariusa getdim və 60.000 AZN məbləğində borc müqaviləsi imzalanandan sonra, mən də həmən notariusda məhkəməyə ərizə verib bağışladım.
Sonralar mənə məlum oldu ki, bunların özlərinin qurma işləridir. Biz məhkəmə prosesiləri başa çatandan sonra tez-tez görüşürdük və məni əmin edirdilər ki, tezliklə sənin pulunu verəcəyik. Beləliklə düz bir il həmişə eyni görüşlər və eyni sözlər. Ən sonda isə mənə telefonda Mübariz Məmmədov dedi ki, mən sənə pul verə bilməyəcəm, get nə edirsən et, hara şikayət edirsən et, heç nəyə nail ola bilməyəcəksən. İndi hal-hazırda “Arza-Tİ” MMC və “ƏCƏMİ” MMC tikinti şitkətinin bütün mübahisəli məhkəmə işlərini onların vəkil nümayəndəsi Mübariz Məmmədov aparır və bunun müqabilində H.Cavid prospektində yerləşən binaların aşağısındakı ofislər ona verilib.
Bu işlə əlaqədar mən cənab Prezidentə, Vitse-Prezidentə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və s. rəsmi ərizə ilə müraciət etmişəm və əminəm ki, bu işlə əlaqədar haqlı qərar çıxarılacaq və mənim bir vətəndaş kimi hüquqlarım bərpa olunacaq. Əgər Məhkəmlərdə insanların hüquqlarını qorumaq adı ilə məhkəmələrə nümayəndəkimi çıxan insan bu gün məni aldadırlarsa sabah o biri vətəndaşların talehini nələr gözləyir məlum deyil.