Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ucuz bilet satmaq adı ilə yarım milyon manatlıq dələduzluq edən şəxsə hökm oxunub
Vətəndaşları aldadaraq dəyərindən ucuz qiymətə aviabilet təşkil etmək adı ilə külli miqdarda vəsait ələ keçirməkdə ittiham edilən Mələk Zeynalovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Mələk Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, cinayət işi materiallarına görə, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı ilə aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Mələk Nazim qızı Zeynalova tərəfindən törədilib.
O, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova "WhatsApp"da xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib.
Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
İlkin mərhələdə Mələk Zeynalova ucuz qiymətə bilet təşkil edərək inam yaradıb. Sonradan ona etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə M.Zeynalovaya müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib.
İttihama görə, Mələk Zeynalova zərərçəkmişlərə ümumilikdə 500 min manat məbləğində maddi ziyan vurub.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Yeni sosial islahat paketi: Azərbaycanın növbəti uğuru
- Lənkəranda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI
- Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi
- DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ
- Yük maşını ilə magistral yolda avtoşluq etdilər
Rəylər