Ukraynada axtarışda olan azərbaycanlı tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 29-da Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 121-ci madəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nurəddin Əsədov tutulub.