Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xaçmazda qanunsuz ağac kəsimi - Təbiətə 21 min manatdan çox ziyan vuruldu
Xaçmaz rayonunun Qarabağlı kəndinin ərazisində 13 akasiya, 66 söyüd və 4 ədəd çinar ağacının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən iki nəfər rayon sakini saxlanılıb.
Ekspertiza təyin olunub və təbiətə 21 300 manat dəyərində zərər verildiyi müəyyən olunub.
Hazırda faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri araşdırmalar aparılır.
"Ağac kəsilməsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar