Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Xüsusi hallar üzrə vəzifəli şəxs"dən 85 min manatlıq DƏLƏDUZLUQ
Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Oxu.Az-ın məlumatına görə, 45 yaşlı Tural Səməd oğlu Məmmədov 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə - aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib.
Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir.
Hazırda istintaq hərəkətləri davam edir.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Azərbaycanda futbol klubunun rəhbəri, şirkət sahibi həbs edilib - TƏFƏRRÜAT
- Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub
- "TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI
- Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi
- İşdən çıxarılan riyaziyyat müəllimindən 271 min manatlıq DƏLƏDUZLUQ