Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu
Bakıda yeniyetmə qızdan hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) keçirdiyi tədbirlərlə yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul vəsaitini ələ keçirməkdə təqsirli bilinən Toğrul İsmiyev saxlanılıb.
Müəyyən edilib ki, T.İsmiyev "Instagram"da tanış olduğu həmin şəxsin fotoşəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 8 400 manat alıb.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- "Azercell" abunəçilərinin nəzərinə!
- "Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi
- DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər
- "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
Rəylər