Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl hadisəsi törədilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.
Kənd sakini, 1934-cü il təvəllüdlü Əziz Əsədov həyat yoldaşı Rəfiqə Əhmədovanı küt alətlə döyərək qətlə yetirib.
Hadisəni törədən Ə.Əsədov saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.