Müğənni Coşqun Viləş Yeni İlin ilk toyunu etmək istəyir.
Oxu.Az xəbər verir ki, toy 2014-cü il yanvarın 11-də şəhərin məşhur restoranlarının birində baş tutacaq. 31 yaşlı müğənni Nigar adlı xanımla ailə qurur.
Qeyd edəki ki, Coşqun Viləş 1982-ci il fevralın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. “Bilmədim”, “Nəmli gözlər”, “Neyləyim?”, “Axı Sənsizəm” və s. kimi mahnıları ifa edib. 2012-ci ildən ATV telekanalında yayımlanan “Bacanaqlar” serialında rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az