Nərimanov rayonu ərazisində, Atatürk prospekti 47 ünvanında yerüstü piyada keçidinin tikintisi davam etdirilir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, uzunluğu 86 metr, eni 3 metr, yerdən hündürlüyü 6,5 metrə yaxın olan piyada keçidində son tamamlanma işləri gedir.
Keçidin dayaqları, qapalı hissəsi tikilib, eskalatorlar quraşdırılıb. 3 giriş-çıxışdan ibarət olacaq keçiddə hazırda şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri gedir. 2014-cü ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, müasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.