Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, "Hyundai" markalı, 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir.
17:09
Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini hadisə yerində ölüblər.
Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.
A.M.