Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yuxu rejimini necə normaya salmaq olar? - HƏKİM MƏSLƏHƏTİ
"Tətildə olarkən insanların çoxu adi yuxu rejiminə əməl etmirlər: onlar daha gec yatır və gec oyanırlar. Bu fərq bir saat və ya daha çox olarsa, o zaman iş ritminə düşmək çətin olmayacaq".
Bunu rusiyalı somnoloq Pavel Kudinov deyib.
Həkim qeyd edib ki, tətil zamanı adi rejimdən beş saat sonra oyanmaq vərdişi formalaşıbsa, o zaman iş günləri üçün əvvəlcədən hazırlaşmağa başlamalı və tədricən rejimi bərpa etməlisiniz.
Kudinov buna ən azı beş gün əvvəl hazırlaşmağa başlamağa çağırıb. Bunun üçün hər gün bir saat daha tez oyanmaq kifayətdir. Somnoloq bildirib ki, bu halda işə qayıdan günə orqanizm artıq yenidən erkən oyanmağa öyrəşəcək və beləliklə, istirahətdən sonra ilk iş həftəsi xeyli asanlaşacaq.
Mənbə: news.ru
"Yuxu rejimi" teqi üzrə xəbərlər
- Bir gecəlik yuxusuzluğun həyat üçün təhlükəli nəticələri açıqlandı
- Yaxşı yedikdən sonra insanın niyə yuxusu gəlir? - Alimlərdən maraqlı TƏDQİQAT
- Alimlər həddindən artıq yuxunun təhlükələrindən danışdılar - Gündə neçə saat yatmaq lazımdır?
- Qəhvənin yuxuya mənfi təsiri: Gecə, ya gündüz içmək lazımdır?
- Yuxusuzluq problemi olanlar üçün təbii vasitə