Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, fevralın 23-dən martın 1-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Fevralın 26-da saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası təqdim olunacaq. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Fevralın 27-də saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası (quruluşçu rejissoru Ərşad Ələkbərov) oynanılacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Fevralın 28-də saat isə 12:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Fevralın 28-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti: 10-20 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:
Fevralın 28-də saat 19:00-da Yefim Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış" tamaşası təqdim olunacaq.
Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədovdur.
Biletlərin qiyməti 10-15 manatdır.

Martın 1-də saat 20:00-da Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" tamaşası nəzərdə tutulur.
Quruluşçu rejissor Qızıl maska" mükafatı laureatı Konstantin Soldatovdur.
Biletlərin qiyməti: 12-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Fevralın 26-da saat 19:00-da Ülviyyə Heydərovanın "İnanıram" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 8-15 manat.

Bu ayın 27-də saat 19:00-da Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı "Leyli və Məcnun" tamaşası olacaq.
Quruluşçu rejissor və libretto müəllifi Samir Qulamovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Fevralın 28-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Biletlərin qiyməti: 10-20 manat.

Martın 1-də saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva tərəfindən ərsəyə gətirilən "Mən dəyərəm min cavana" tamaşası təqdim ediləcək.
Quruluşçu rejissor Yusif Əkbərovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Fevralın 28-də saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klass" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.
Biletlərin qiyməti: 5-15 manat.

Martın 1-də saat 19:00-da "P.A.N.D.A." tamaşası (quruluşçu rejissor Mikayıl Mikayılov) oynanılacaq.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayında:
Fevralın 24-də saat 20:00-da "Bakı gecələri" konserti təşkil ediləcək.
Biletlərin qiyməti 25-125 manat arasında dəyişir.

Martın 1-də saat 20:30-da Yasmin Levinin konserti planlaşdırılıb.
Biletlərin qiyməti: 25-125 manat.

Əzizə İsmayılova